00:00:00
Yazar
Admin User
16.09.2025 19:48 141 1 dəq oxuma
İdman

"Traxtor" Çempionlar Liqasına heç-heçə ilə başlayıb

"Traxtor" Çempionlar Liqasına heç-heçə ilə başlayıb

Futbol üzrə Asiya Çempionlar Liqasında I tura start verilib.

 

"İnformator.az" xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" Birləşmiş Ərəb Əmirliklərində "Əl-Əhli Dubay" klubunun qonağı olub.

 

"Əl-Rəşid" stadionunda təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə bitib.

 

"Qızıl-qurdlar"ın heyətində 14-cü dəqiqədə Tomislav Ştrkal fərqlənib. Rəqibdən isə 65-ci dəqiqədə Qilerme adını tabloya yazdırıb.

 

Təbriz klubunun hücumçusu Domaqoy Drojdek 51-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

 

Qeyd edək ki, ötən mövsüm tarixində ilk dəfə İran çempionu olan "Traktor" komandası Çempionlar Liqasında növbəti oyununu BƏƏ-nin "Əl-Vahda" klubuna qarşı keçirəcək. Qarşılaşma sentyabrın 29-da Təbrizdə baş tutacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər