Trossard: “ "Arsenal"dan ayrılmaq heç vaxt gündəmdə olmayıb”
Belçikalı hücumçu Leandro Trossard mövsümün əvvəlində Arsenal-dan ayrılacağı ilə bağlı yayılan söz-söhbətlərə baxmayaraq, klubdan getməsinin heç vaxt gündəmdə olmadığını bildirib.
2023-cü ildə "Brighton & Hove Albion" klubundan "Arsenal"a keçən Trossard Premyer Liqada komandasının heyətində 97 oyun keçirib və 21 qol vurub. "O cür şayiələr həmişə olur. Amma ayrılmaq heç vaxt real seçim olmayıb. "Arsenal"da özümü çox yaxşı hiss edirəm," – deyə Trossard Belçika millisinin cümə günü Şimali Makedoniya ilə keçirəcəyi DÇ seçmə oyunu öncəsi mətbuat konfransında deyib.
Reuters
Mələk Nəsirli
