00:00:00
Yazar
Admin User
10.10.2023 12:41 564 1 dəq oxuma
Sosial

"TƏƏSSÜF HİSSİ İLƏ BİLDİRİRƏM Kİ, İNSANLARA HƏQİQƏTİ ÇATDIRAN NƏ KİTAB, NƏ DƏ FİLM GÖRƏ BİLİRƏM"

"TƏƏSSÜF HİSSİ İLƏ BİLDİRİRƏM Kİ, İNSANLARA HƏQİQƏTİ ÇATDIRAN NƏ KİTAB, NƏ DƏ FİLM GÖRƏ BİLİRƏM"

Gənclərimizdən kitab oxuyanların sayı təəssüflər olsun ki, azdır. Bəs yazılan kitabların mövzuları necədir? Kitablarda yazılan əsərlər gəncləri irəliyə aparıb düşüncələrinə müsbət mənada təsir göstərirmi?

 

Bu suallara cavab olaraq Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu açıqlama verib.
"Təəssüf hissi ilə bildirirəm ki, gənclərə həqiqəti çatdıran nə kitab, nə film, nə də televiziya verilişleri görə bilmirəm" deyən Baba Vəziroğlu yazılan əsərlərin ailə-məişət, xəyanət və s. haqqında olduğunu deyir. O bildirir ki, qlobal problemlərdən, zəmanədən, insanlardan yazan yazıçıların sayı çox azdır. "Fikrimcə, ədəbiyyatımıza təsir edən amillərdən biri də sosial şəbəkələrdir. İnsanlar kamil və cahil olmaqla iki hissəyə bölünür. Cahil insanların sosial şəbəkələrdə savadsızca yazıları, paylaşımları cəmiyyətə mənfi təsir göstərir".

 

Müsahib iddia edir ki, incəsənətə bədii senzura tətbiq edilsin. "Əgər bədii senzura tətbiq edilsə, hər kəs öz fikrini götürüb kitab şəklində yazmaz, hər kəs "müğənni" olmaz, bəlkə o zaman cəmiyyətin zövqü bərpa olunar. İnsanlar düşünür ki, kitablar, televiziya bizə həqiqəti deyir. Ona görə də orada təbliğ edilən fikirləri insanlar həqiqət kimi qəbul edir, özlərini buna inandırırlar".

 

Çinarə Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər