00:00:00
Yazar
Admin User
30.06.2020 14:26 607 2 dəq oxuma
Sosial

Tətbiq edilən məhdudlaşmaları fərd kimi yox, cəmiyyətin bir hissəsi kimi qəbul etməliyik - Bəsti Nəsibova

oluxanların sayındakı artım, dövlət tərəfindən yenidən sərt karantin rejiminin tətbiqi ilə bağlı addımlar atmasına şərait yaratdı. Bu tədbirləri hər hansı məhdudlaşma kimi yox, sağlamlığımızın, əzizlərimizin qorunması üçün qabaqlayıcı tədbirlər kimi qəbul etməliyik. Bu həm də bizə, virusla mübarizəyə psixoloji dəstək olar.
Tətbiq edilən məhdudlaşmaları fərd kimi yox, cəmiyyətin bir hissəsi kimi qəbul etməliyik - Bəsti Nəsibova

Bəsti Nəsibova
"Gələcəyə Baxış" Avropaya İnteqrasiya İctimai Birliyinin sədri

Koronovirus COVİD-19 pandemiyası ilə əlaqədar hazırda ölkəmizdə mövcud olan vəziyyət pandemiyanının mövcudluğuna inanmadığını deyənlər üçün bir siqnal olmalıdır. Virusa yoluxmuş insan özü ilə yanaşı, ətrafındakılar, ailə üzvləri üçün də təhlükəlidir. Virusa inanmamaq sağlamlığımıza qəsddir. Eyni zamanda, qoyulan tələb və məhdudiyyətlərə məsuliyyətsiz yanaşma COVİD-19-a qalib gəlməyimizə maneə yaradır. Azərbaycanda pandemiyanın yayılmasından sonra tətbiq edilən xüsusi karantin rejimi yoluxmanın sayını minimuma endirmişdi, hər birimiz bu qlobal bəladan ən az itkilərlə çıxmağa hazırlaşırdı. Lakin karantinin yumşaldılması və insanların qoyulan tələblərə doğru və düzgün riayət etməməsi virusa yoluxanların sayının artmasına səbəb oldu.


Yoluxanların sayındakı artım, dövlət tərəfindən yenidən sərt karantin rejiminin tətbiqi ilə bağlı addımlar atmasına şərait yaratdı. Bu tədbirləri hər hansı məhdudlaşma kimi yox, sağlamlığımızın, əzizlərimizin qorunması üçün qabaqlayıcı tədbirlər kimi qəbul etməliyik. Bu həm də bizə, virusla mübarizəyə psixoloji dəstək olar.

Hər birimiz virusdan qorunmağı fərd kimi yox, cəmiyyətin bir üzvü, bir parçası kimi qəbul etməliyik. Virusdan qorunmaq bir insanın həyatını yox, cəmiyyətin həyatını xilas edir. Xəstəxanalar, həkimlər, polislər, əsgərlər hər biri sağlamlığımızın keşiyindədir. Xəstəxanlarla bağlı ortaya çıxan problemlər pandemiya dövründə qarşılaşa biləcəyimiz bir haldır. Dünyanın inkişaf etmiş ölkələrində pandemiya dövründə olan vəziyyətə nəzər salsaq görərik ki, bu ölkələrin səhiyyə sistemi belə pandemiya ilə mübarizədə aciz qaldı. Yoluxmaların sayının artmasından sonra xəstəliyi nisbətən yüngül keçirən şəxslərin evdə müayinə edilməsi tövsiyə edildi. Bu günlərdə ölkəmizdə tətbiq edilən bu vəziyyət də, daha ağır vəziyyətdə olan insanları ölümdən xilas etməkdir.

Diqqət çəkilməli bir məqam da ondan ibarətdir ki, insanlar virusa yoluxmadan bəzi dərmanları alıb evinə yığır. Bu da yoluxmuş insanların müayinəsinə mənfi təsir edir. Ehtiyac yarandıqda dərman pereparatlarının tapılmaması itkilərə də səbəb ola bilər. Düzgün müayinə, müalicə kimi düzgün rəftar da virusdan qorunmaq yoludur.

Unutmayaq ki, virusdan qorunmaqla gələcəyimizi xilas edirik.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər