00:00:00
Yazar
Admin User
05.01.2026 08:54 75 1 dəq oxuma
İdman

Tunis millisi baş məşqçisi ilə yollarını ayırıb

Tunis millisi baş məşqçisi ilə yollarını ayırıb

Tunis millisinin baş məşqçisi Sami Trabelsi Afrika Millətlər Kubokunun 1/8 finalında Maliyə məğlubiyyətdən sonra istefaya göndərilib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyası məlumat yayıb.

 

57 yaşlı mütəxəssislə birlikdə köməkçiləri də komandanı tərk ediblər.

 

Qeyd edək ki, Sami Trabelsi 2025-ci ilin fevralında komandanın baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda 18 oyun keçirib, 10 qələbə qazanıb, dörd dəfə heç-heçə edib və dörd məğlubiyyət alıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər