"Turan" "Araz"la bərabərə qalıb, "Zirə" qalib gəlib
Misli Premyer Liqasında XII turun daha bir qarşılaşması baş tutub.
"İnformator.az" xəbər verir ki, günün ilk oyununda "Turan Tovuz" "Araz-Naxçıvan"la Sumqayıtda qarşılaşıb.
Görüş 1-1 hesabı ilə başa çatıb. Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran Tovuz klubu hələlik ikinci pillədə qərarlaşıb. Naxçıvan təmsilçisi 20 xalla altıncıdır.
Günün ikinci oyununda "Qəbələ" səfərdə "Zirə" ilə qarşılaşır. Qarşılaşmada ilk hissə başa çatıb, "Zirə" 1-0 qalib gəlir.
Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq. Ötən gün "Kəpəz" səfərdə "Karvan-Yevlax"ı (2:1), "Qarabağ"ı isə "Sumqayıt"ı (4:2) məğlub edib.
