00:00:00
Yazar
Admin User
03.11.2025 18:44 78 1 dəq oxuma
İdman

“Turan Tovuz”dan qələbə

“Turan Tovuz”dan qələbə

" "Turan-Tovuz" "Şamaxı" ilə öz meydanında 5800 azarkeşin önündə oynayıb. Burada qələbədə əsas faktor əlbəttə ki, futbolçuların keyfiyyətli olması böyük rol oynayıb. "Turan-Tovuz"da çox yaxşı, təcrübəli futbolçular var və bu keyfiyyətin sayəsində qələbə qazanıblar".

 

Bu sözləri idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, komanda çox yaxşı formadadır:


"Onlar həmçinin liderliyini davam etdirirlər. Hədəf avrokuboklara vəsiqədir və bu yolda hələki inamla addımlayırlar. "Şamaxı"nın məğlubiyyətinin əsas səbəbi futbolçuların səviyyə baxımından "Turan-Tovuz"dan geri qalmalarıdır. Məsələn, adi bir misal çəkim, "Şamaxı"nın hücumçusu Kərim Rossi sadə vəziyyətdə üç metrdən qapıçı ilə təkbətək qolu vura bilmir. Amma "Turan-Tovuz"un hücumçusu Şobatista çətin vəziyyətdə çox ustalıqla qol vurur və bu da əlbəttə ki, səviyyə fərqinin göstəricisidir".

 

Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər