00:00:00
Yazar
Admin User
19.12.2025 18:30 106 2 dəq oxuma
İdman

Turan Tovuz” “Kəpəz”i məğlub edib

Turan Tovuz” “Kəpəz”i məğlub edib

Bu gün Misli Premyer Liqasında 16-cı tura start verib. “Kəpəz” əzəli rəqiblərindən olan “Turan Tovuz”a məğlub olub – 0:2. Bu komandaların ilk dövrənin 6-cı turunda keçirilən oyununda “Turan Tovuz” 3 cavabsız qolla qalib gəlib.

 

Mövzu ilə bağlı idman eksperti Elşən Məmmədov "İnformator.az"a açıqlamasında bildirib ki, bu gün bu ilin son turunun oyunu start götürüb:

 

"İlk oyunda buna "Qərb derbisi" də deyirlər, amma hazırda Turan Tovuz və Kəpəz fərqli hədəflər uğrunda mübarizə aparırlar. Turan Tovuz avrokuboklar, çempionluq uğrunda mübarizə aparırsa, Kəpəz Premyer Liqada qalmaq üçün yarışır. Bu baxımdan, demək olar ki, həm yüksək yerlər, həm də aşağı pillələr uğrunda mübarizə aparan komandalar üçün hər bir oyun böyük əhəmiyyət daşıyır. Bilirik ki, Kəpəzin hazırkı baş məşqçisi Azər Bağırov komandanı sıfır xalla götürüb, amma indi artıq 9 xalı var və komanda 12-ci pillədən 10-cu pilləyə qalxıb. Turan Tovuz isə bu qələbə ilə 4-cü pilləyə yüksəlib. Onların bir təxirə salınmış oyunu da var -Qəbələ ilə. Qəbələ də aşağı pillələrdə yer alır. Ümumiyyətlə, Premyer Liqada qalmaq uğrunda mübarizənin böyük ehtimalla 3 komanda arasında gedəcəyi gözlənilir. Azarkeş dəstəyinə gəlincə, hər iki komandanın güclü azarkeşləri var. Sadəcə olaraq, Kəpəz hazırda oyunlarını Gəncədə keçirmədiyi üçün azarkeşlər tam olaraq dəstək verə bilmir. Azarkeş komandalar üçün böyük qüvvədir. Onlar komandaları həm qələbəyə səsləyir, həm də məğlubiyyətdə etirazları ilə təsir göstərirlər.Bu gün meydanda nəticəyə əsasən Turan Tovuz daha güclü idi və qələbə qazanıb. Amma mübarizə davam edir, qarşıda daha 17 tur var. Bu oyun çıxılsa, mövsümün ikinci hissəsində 17 tur keçiriləcək və bu, komandaların mövqeyində ciddi dəyişikliklərə səbəb ola bilər. Turan Tovuzun avrokubok və ya çempionluq mübarizəsi fonunda hansı yerdə olacağı, Kəpəzin isə Premyer Liqada qalmaq üçün nələr edə biləcəyi gələcəkdə məlum olacaq".


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər