00:00:00
Yazar
Admin User
29.08.2025 18:42 148 1 dəq oxuma
İdman

“Turan Tovuz” “Neftçi”ni məğlub edib

“Turan Tovuz” “Neftçi”ni məğlub edib

Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.


"İnformator.az" xəbər verir ki, “Neftçi” doğma meydanda “Turan Tovuz”la üz-üzə gəlib.

 

Görüş bölgə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

“Turan Tovuz”un qolunu 6-cı dəqiqədə Roberto Olabe vurub.

 

“Ağ-qaralar” matçın 56-cı dəqiqəsində İqor Ribeyronun qırmızı vərəqə alması ilə azlıqda qalıb.

 

Bununla da Kurban Berdıyevin komandası xallarının sayını 6-ya çatdıraraq 2-ci pilləyə yüksəlib. Samir Abasovun rəhbərlik etdiyi kollektiv 2 xalla 8-cidir.


Qeyd edək ki, tura avqustun 31-də yekun vurulacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər