00:00:00
Yazar
Lalə Qafarova
27.05.2026 22:14 15 1 dəq oxuma
İdman

"Turan Tovuz"un futbolçusu Roderik Miler Panama millisinə dəvət alıb 

"Turan Tovuz"un futbolçusu Roderik Miler Panama millisinə dəvət alıb

"Turan Tovuz" klubunun müdafiəçisi Roderik Miler Panama yığmasının DÇ-2026 üçün açıqlanan yekun heyətinə salınıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a idman jurnalisti Kənan Məstəliyev bildirib ki, futbolçunun yenidən milli komandaya çağırılması təkcə onun özü üçün deyil, həm də çıxış etdiyi klub üçün çox vacib məqamdır:

 

"Digər futbolçular da yaxşı bilirlər ki, bir oyunçunun zədədən və ya çətin dönəmdən sonra yenidən milli səviyyəyə qayıda bilməsi həm onun xarakterindən, həm də hazırlıq keyfiyyətindən xəbər verir. Miler bu mövsüm klubunun heyətində kifayət qədər uğurlu oyun nümayiş etdirdi və komandanın nəticələrində pay sahibi oldu. Onun keyfiyyətli futbolçu olduğunu artıq həm azarkeşlər, həm də futbol ictimaiyyəti qəbul edir. Düşünürəm ki, Panama millisinin məşqçilər korpusu da bunu nəzərə alaraq onu yenidən yığmaya dəvət etdi. 

Miler xüsusilə müdafiədəki etibarlı oyunu ilə seçilir və "Turan Tovuz"un əsas fiqurlarından biri hesab olunur. Buna görə də onun heyətə cəlb olunması təsadüfi deyil. Bu cür çağırışlar həm futbolçunun özünə əlavə motivasiya verir, həm də klubun nüfuzunu artırır. Digər oyunçular da görürlər ki, bu komandada inkişaf edib milli səviyyəyə yüksəlmək mümkündür. Bu isə gələcəkdə daha keyfiyyətli legionerlərin Tovuz təmsilçisinə maraq göstərməsinə müsbət təsir edə bilər". 

 

Reyhan Qulizadə

#futbolçusu #baki #miler #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər