00:00:00
Yazar
Lalə Qafarova
18.05.2026 21:16 41 1 dəq oxuma
Dünya

Turhal şəhərində sel və daşqın riski səbəbilə təhsilə ara verilib

Turhal şəhərində sel və daşqın riski səbəbilə təhsilə ara verilib

 

Tokat Valiliyinin yaydığı açıqlamada qeyd olunub ki, son günlər bölgədə təsirli olan leysan yağışları nəticəsində Yeşilırmak çayı və onu qidalandıran dərələrdə daşqınlar baş verib.


Meteoroloji məlumatlara əsasən, bölgədə yağışların davam edəcəyi gözlənilir. Açıqlamada bildirilib:

“19 may 2026-cı il çərşənbə axşamı günü Almus Barajı tam doluluq səviyyəsinə çatacağı və bənddən su buraxılacağı gözlənildiyindən, Yeşilırmak çayında su səviyyəsinin ciddi şəkildə artacağı və daşqınların baş verə biləcəyi proqnozlaşdırılır. Bütün bu ehtimallar nəzərə alınaraq hər hansı mənfi hal yaşanmaması üçün Turhal rayonu üzrə bütün dövlət və özəl körpələr evləri, uşaq bağçaları, ibtidai və orta məktəblər, peşə təhsil mərkəzləri, qeyri-formal təhsil müəssisələri, özəl təhsil kursları, eləcə də xüsusi təhsil və reabilitasiya mərkəzlərində 20, 21 və 22 may 2026-cı il tarixlərində (3 gün müddətinə) tədris dayandırılıb. Bundan əlavə, dövlət qurumlarında çalışan hamilə və əlil əməkdaşların da həmin tarixlərdə inzibati məzuniyyətli sayılması uyğun hesab olunub".

 

TRT HABER 
Reyhan Qulizadə

#xəbər #riski #şəhərində #baki #səbəbilə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər