00:00:00
Yazar
Admin User
04.08.2023 09:10 287 1 dəq oxuma
Sosial

Turist marşrutları bütün ölkəni əhatə edəcək

Turist marşrutları bütün ölkəni əhatə edəcək

Təmiz havası, zəngin flora və faunası ilə daima turistlərin diqqətini çəkən Azərbaycanda turizm infrastruktrunun inkişafı istiqamətində işlər aparılır. Eyni zamanda ölkəyə daha çox turist cəlb etmək üçün xarici ölkələrdə keçirilən iri beynəlxalq sərgilərdə ölkənin potensiyalı təqdim edilir.

 

Pandemiyadan əvvəl 2019-cu ildə ölkəmizə səyahət məqsədi ilə təqribən üç milyondan artıq xarici qonaq gəlib. Dövlət Turizm Agentliyinin məqsədi 2026-cı ilə qədər bu sayı 4 milyona çatdırmaqdır. Turizm eksperti Ceyhun Aşurov deyir ki, ölkədə turizm infrastrukturunun genişləndirilməsinə ehtiyac var. Eskpertin sözlərinə görə, otel və istirahət mərkəzlərinin sayı çox olarsa, rəqabət artar, nəticədə qiymətlər də cibə uyğun olar. Ölkənin turizm bazarını əlçatan etmək üçün viza verilişini sadələşdirmək və ya mümkün qədər aradan qaldırmaq lazımdır. Bu sahənin canlanmasında mühüm addım olar.


Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva deyir ki, müəyyən edilmiş hədəf ölkələrdə geniş miqyaslı marketinq kampaniyaları həyata keçirilir: “Bununla yanaşı daxili turizmin canlandırılması da əsas məqsədlərdəndir. Xüsusi ilə işğaladan azad edilmiş ərazilərə turist səfərləri təşkil edilir”.


Qeyd edək ki, Bakıya yaxın rayonlarda turizm daha çox inkişaf edir. Gələcəkdə turist marşrutlarının bütün ölkəni əhatə etməsi planlaşdırılır.

Qasım

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər