Türk donanması Hollanda mətbuatını heyran edib
NATO-nun “Steadfast Dart” təlimi çərçivəsində Rotterdam Limanına lövbər salan Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus TCG Anadolu SİHA gəmisi və digər döyüş gəmiləri Hollanda mətbuatında geniş yer alıb.
Onu müşayiət edən 3 döyüş gəmisi ilə birlikdə 26 fevralda Rotterdam Limanına lövbər salan, 232 metr uzunluğundakı TCG Anadolu SİHA gəmisi Hollandiya mediası oxuculara “təsiredici görüntü” kimi təqdim olunub.
Yerli “Algemeen Dagblad” qəzeti “Təsiredici görüntü: Türk donanmasının 4 gəmisi Rotterdam Limanında” başlıqlı xəbərində, gəmilərin şəhərin mərkəzində, Erasmus Körpüsünün dərhal yanında, aydın görünən şəkildə lövbər saldığını qeyd edib.
TRT Haber
Səadət Əlizadə
