00:00:00
Yazar
Elmira Ağayeva
22.06.2026 18:39 28 1 dəq oxuma
Siyasət

Türk Dövlətlərinin Ali Məhkəmələri Vahid Məlumat Platforması Yaradır

Türk Dövlətlərinin Ali Məhkəmələri Vahid Məlumat Platforması Yaradır

 

Türk dövlətlərinin ali məhkəmələri arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə Vahid Məlumat Platformasının yaradılması qərara alınıb. Bu məsələ Ali Məhkəmənin sədri İnam Kərimovun iştirak etdiyi Qazaxıstanda keçirilən Türk Dövlətləri Ali Məhkəmələrinin II Konfransında müzakirə olunub və qəbul edilən Birgə Bəyanatda məhkəmə sistemlərinin rəqəmsallaşdırılması, təcrübə mübadiləsinin genişləndirilməsi və investor hüquqlarının qorunması əsas istiqamətlər kimi qeyd edilib.


Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, vahid məhkəmə sisteminin yaradılması Türk dövlətləri arasındakı inteqrasiya prosesini daha da sürətləndirəcək:

 

“Ümumilikdə, bir çox məsələlər ətrafında Türk dövlətləri arasında son zamanlarda əlaqələr güclənib və məsələlərə vahid çərçivədən baxılması istiqamətində addımlar atılır. Yəni gələcəkdə, əlbəttə ki, əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində addımlar atılır və məhkəmələr arasında əlaqənin genişləndirilməsi,Türk dövlətləri arasında hüquqi bazanın möhkəmləndirilməsi, eyni zamanda məhkəmə-hüquq sistemində əməkdaşlığın daha da gücləndirilməsi üçün əsasdır.
Bu kimi təşəbbüslər Türk dövlətlərinin arasındakı əməkdaşlığın möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir və beynəlxalq güc kimi meydana çıxmasına şərait yaradır. Hüquqi əməkdaşlığın dərinləşməsi regionda sabitliyə çox böyük töhfə verəcək ”.


Mələk Hüseynova

#Türk Dövlətləri #məhkəmə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər