Türkiyə buna görə narahat olmamalıdır - Ərdoğan
Türkiyə Yaxın Şərqdə baş verən münaqişələrə cəlb olunmaq cəhdlərinə qarşı yüksək səviyyədə diqqət göstərir.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan X hesabında məlumat verib.
“Ölkəmizi müharibəyə cəlb etməyə yönəlmiş sui-qəsdlər, tələlər və provokasiyalar qarşısında maksimum diqqət göstəririk”, - Ərdoğan qeyd edib.
O, Ankaranın xarici siyasətində əsas prinsiplərin dövlət siyasəti və böhranların idarəedilməsi təcrübəsi olduğunu vurğulayıb və əlavə edib ki, bu baxımdan Türkiyə “təhlükəsizliyinə və sabitliyinə görə narahat olmamalıdır”.