Türkiyədə kömür mədəni çöküb
Türkiyənin Zonquldaq şəhərinin Kilimli rayonunda kömür mədəni çöküb.
"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, mədəndə baş verən uçqun nəticəsində 3 işçi içəridə qalıb.
Əraziyə xilasetmə qrupları, Təcili Tibbi Yardım və jandarma qüvvələri cəlb olunub.
