Türkiyədən Aİ-yə sığınacaq müraciətlərinin 40% azalmasının səbəbi nədir?
Avropa Birliyinin Miqrasiya və Sığınacaq Paktı bütün üzv ölkələrdə qüvvəyə minərkən, son məlumatlar Türkiyədən edilən sığınacaq müraciətlərinin 40 faiz azaldığını göstərir. Qiymətləndirmələrə görə, bu azalmanın əsas səbəbləri sərt qaydaların tətbiqi və Türkiyədən edilən müraciətlərin 87 faizinə mənfi cavab verilməsidir. Avropa İttifaqının Sığınacaq Agentliyi vasitəsilə açıqlanan, üzv ölkələrlə yanaşı İsveçrə, İslandiya, Lixtenşteyn və Norveçi də əhatə edən son hesabat göstərir ki, sığınacaq müraciətlərinin sayı 2021-ci ildən bəri ən aşağı səviyyəyə enib. Ötən il Aİ ölkələrinə 822 min sığınacaq müraciəti edilib. Bu göstərici 2024-cü ildə 1 milyondan çox olub.
BBC NEWS
Səmayə Səftərova