00:00:00
Yazar
Aydan Əsgərxanlı
19.07.2026 21:54 29 1 dəq oxuma
Dünya

Türkiyədən dünyaya Kipr mesajı: Geri çəkilməyəcəyik!

Türkiyədən dünyaya Kipr mesajı: Geri çəkilməyəcəyik!

Türkiyə müvafiq müqavilələr çərçivəsində Kiprdə sülh və təhlükəsizliyi qorunmağa davam edir.

 

"İnformator.az" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Kiprdə hərbçilərə müraciətində deyib.

 

Gülər bildirib ki, 1974-cü il Şimali Kipr Sülh Hərəkatı adada qarşıdurmalara son qoyub və türk əsgərinin qəhrəmanlığı tarixə yazılıb. Gülər 39-cu Piyada Diviziyasının həmin əməliyyatda mühüm rol oynadığını və 142 şəhid verdiyini xatırladıb.

 

O qeyd edib ki, Türkiyə beynəlxalq hüquqdan irəli gələn hüquqlarından və zəmanətçi dövlət kimi məsuliyyətlərindən geri çəkilməyəcək.

#çəkilməyəcəyik! #dünyaya #mesajı: #xəbər #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər