Türkiyədən Məscidül-Əqsadakı təxribat xarakterli hərəkətlərə sərt reaksiya
Türkiyənin Xarici İşlər Nazirliyi israilli radikal qrupların Məscidül-Əqsa ərazisinə basqın etməsini, burada İsrail bayrağının açılmasını və dövlət himninin səsləndirilməsini qətiyyətlə pisləyib.
Nazirliyin yaydığı yazılı açıqlamada bildirilib ki, israilli radikal qrupların İsrail təhlükəsizlik qüvvələrinin müşayiəti altında Məscidül-Əqsaya yönələn hərəkətləri ciddi narahatlıq doğurur.
Açıqlamada vurğulanıb ki, basqın zamanı İsrail bayrağının açılması və dövlət himninin oxunması kimi addımlar qəbuledilməzdir.
Bəyanatda qeyd olunub:
“İsrailli radikal qrupların İsrail təhlükəsizlik qüvvələrinin himayəsi altında Məscidül-Əqsaya təşkil etdiyi basqını, eləcə də burada İsrail bayrağının açılması və dövlət himninin səsləndirilməsi də daxil olmaqla həyata keçirdiyi təxribat xarakterli hərəkətləri ən sərt şəkildə qınayırıq".
Türkiyə Xarici İşlər Nazirliyi bu cür addımların bölgədə gərginliyi artırdığını və müqəddəs məkanların status-kvosuna zərər verdiyini bildirib.
Səadət Əlizadə
CNN