00:00:00
Yazar
Zəri Bayramlı
09.06.2026 22:30 19 2 dəq oxuma
Siyasət

“Türkiyə Ermənistanın yeni siyasi kursunu gözləyir”-ŞƏRH

“Türkiyə Ermənistanın yeni siyasi kursunu gözləyir”-ŞƏRH

Ermənistanda keçirilən parlament seçkilərinin sülh və əmin-amanlıq şəraitində uğurla başa çatmasından məmnunluq duyuruq. Seçkilərin nəticələrinin Ermənistan xalqı üçün xeyirli olmasını arzulayırıq.Bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin açıqlamasında yer alıb.

 

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında Türkiyənin bu bəyanatını Ankaranın Cənubi Qafqazda sabitlik, normallaşma və iqtisadi inteqrasiya xəttinə sadiq qaldığını göstərdiyini bildirib:

 

 

“Türkiyə seçkilərin nəticələrinə münasibətdə hər hansı siyasi tərəf tutmaqdan yayınaraq Ermənistan xalqının iradəsinə hörmət nümayiş etdirir və əsas diqqəti seçkilərdən sonrakı mərhələdə sülh prosesinin davam etdirilməsinə yönəldir. Açıqlamada Azərbaycan-Ermənistan yekun sülh sazişinə xüsusi vurğulanması Ankaranın regionda davamlı təhlükəsizlik modelini məhz Bakı ilə İrəvan arasında münasibətlərin tam normallaşmasında gördüyünü göstərir. Eyni zamanda, “regional sabitlik və rifah” ifadələri Türkiyənin Zəngəzur dəhlizi, nəqliyyat-kommunikasiya xətlərinin açılması və iqtisadi əməkdaşlıq layihələrinin inkişafı kimi strateji hədəflərinə də işarə edir”.

 

 

Siyasi şərhçinin sözlərinə görə,seçkilərin nəticələri Ermənistanın daxili siyasi kursunu müəyyənləşdirməklə yanaşı, sülh gündəminin gələcəyinə də birbaşa təsir göstərəcək:

 

 

“Əgər yeni parlament çoxluğu və hökumət Azərbaycanla danışıqlar xəttini davam etdirməyə siyasi iradə nümayiş etdirsə, sülh sazişinin imzalanması və regional layihələrin reallaşması üçün daha əlverişli şərait yarana bilər. Bu halda Ermənistan həm regional kommunikasiyalardan, həm də iqtisadi əməkdaşlıq imkanlarından faydalanmaq şansı əldə edəcək. Əksinə, daxili siyasi rəqabətin sərtləşməsi və ya revanşist qüvvələrin təsirinin artması sülh prosesini ləngidə bilər. Buna görə də Ankara seçkilərin nəticəsindən daha çox, seçkilərdən sonra formalaşacaq siyasi kursun regionda əməkdaşlıq və normallaşmaya nə dərəcədə xidmət edəcəyini diqqətlə izləyir”.

 

Zəri Bayramlı

#kursunu #ermənistanın #gözləyir”-şərh #baki #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər