Türkiyə gərgin bölgədə əsas tərəfdaşdır - Leyen
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen arasında telefon danışığı olub.
"İnformator.az" xəbər verir ki, danışıq zamanı Türkiyə-AB münasibətləri, regional inkişaf və qlobal gündəmdəki mövzular müzakirə olunub.
Fon der Leyen danışıqların çox məhsuldar olduğunu bildirib və Türkiyənin strateji əhəmiyyətini vurğulayıb.
"Türkiyə gərgin bölgədə əsas tərəfdaşdır", - o vurğulayıb.