00:00:00
Yazar
Cavahir Əsgərbəyli
11.06.2026 15:44 22 1 dəq oxuma
Dünya

Türkiyə iki ölkəni hədələyib: Cavabı sərt olacaq!

Türkiyə iki ölkəni hədələyib: Cavabı sərt olacaq!

Fransa ilə Cənubi Kipr Administrasiyası arasında imzalanan qüvvələrin statusuna dair saziş 1960-cı il Kipr razılaşmalarına və beynəlxalq hüquqa ziddir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Heç bir legitimliyi olmayan və nəticələri yaxşı düşünülməyən bu cür addımlar adanın cənubu üçün təhlükəli nəticələr yarada bilər. Bölgədəki həssas tarazlıqları nəzərə almayan və Türkiyə ilə Şimali Kipr Türk Respublikasının (ŞKTR) hüquq və maraqlarını hədəf alan hər hansı hərbi birliyin Türkiyəyə qarşı uğur qazanmaq şansı yoxdur. Türk Silahlı Qüvvələri isə Kipr türklərinin təhlükəsizliyini təhdid edən belə addımlara qarşı ən sərt cavabı verməyə hazırdır”, - deyə bəyanatda qeyd olunub.

#olacaq! #gündəm #hədələyib: #cavabı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər