Türkiyə Məkkəyə dron hücumunu pisləyib
Türkiyə Xarici İşlər Nazirliyi Husilərin müqəddəs Məkkə şəhərini hədəf alan pilotsuz təyyarə hücumunu pisləyib.
Nazirlik Səudiyyə Ərəbistanının suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinə dəstəyini ifadə edib, regional sabitliyə təhdid yaradan hücumların dayandırılmasına çağırıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə qüvvələrinin Məkkənin hava məkanına daxil olmağa cəhd edən pilotsuz təyyarəni məhv etdiyini açıqlayıb.
TRT Haber
Aişə Mustafayeva