Türkiyə: NATO-nun yüksələn ulduzu
Yerli və milli imkanlar hesabına hazırlanmış Türkiyə müdafiə sənayesi məhsulları təkcə Ankaraya deyil, həm də dost və müttəfiq ölkələrə, eləcə də NATO kimi strateji ittifaqlara mühüm faydalar təmin edir. Müdafiə sənayesi məhsullarını 185 ölkəyə ixrac etmək səviyyəsinə çatan Türkiyə, 2026-cı ilin sonuna qədər bu sektorda dünyanın ilk 10 ölkəsi sırasında yer almağı hədəfləyir.
Türkiyə NATO tarixindəki ən mühüm görüşlərdən birinə ev sahibliyi etməyə hazırlaşır. Paytaxt Ankarada 7-8 iyul tarixlərində keçiriləcək sammitin əsas gündəm məsələlərindən biri ölkələrin müdafiə sənayesi imkanlarının gücləndirilməsi olacaq.
TRT Haber
Selcan Xudiyeva