00:00:00
Yazar
Aysel Mirzəyeva
19.02.2026 14:40 6 1 dəq oxuma
Dünya

Türkiyənin NATO-da rolu... - Almaniya

Türkiyənin NATO-da rolu... - Almaniya

Türkiyə NATO-nun cənub-şərq cinahında çox vacib tərəfdaşıdır.

 

"İnformator.az" xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius NATO-nun “Stedfast Dart 2026” təlimində deyib.


“Ümumilikdə, türk müttəfiqlərimizin bu yenidən yerləşdirmə təliminə verdiyi töhfə NATO üçün bütövlükdə mərkəzi əhəmiyyət kəsb edir, çünki bu, Alyansın bəzilərinin düşündüyündən daha böyük olduğunu göstərir. Türkiyə həmişə mərkəzi rol oynayıb və bu gün bəlkə də daha da böyük rol oynayır”, - o bildirib.

 

Qeyd edək ki, fevralın 17-18-i tarixlərində NATO-nun “Steadfast Dart 2026” təlimi keçirilib. Təlimdə təxminən 10 min əsgər iştirak edib. Türkiyə ordusu da alyansın ən genişmiqyaslı təlimi hesab olnuna “Steadfast Dart 2026”da yüksək peşəkarlıqla iştirak edib.

 

#gündəm #rolu... #baki #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər