00:00:00
Yazar
Səadət Əlizadə
25.06.2026 11:27 16 1 dəq oxuma
Siyasət

Türkiyəyə F-35 verilməsi... – Vens də təsdiqləyib

Türkiyəyə F-35 verilməsi... – Vens də təsdiqləyib

ABŞ administrasiyası Türkiyəyə ”F-35 Lightning II” qırıcılarının verilməsi imkanını nəzərdən keçirir və bununla bağlı Konqreslə işləyir.

 

"İnformator.az" xəbər verir ki, xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Devid Vens deyib.

 

Onun sözlərinə görə, müdafiə naziri Pit Heqset və bütün komanda hazırda bu məsələ üzərində çalışır:

 

“ABŞ qanunvericiliyinin tələblərinə əməl olunması üçün təsdiqlənməli olan müəyyən məqamlar var. Prezident bizə bununla məşğul olmağı tapşırıb. Məsələ əsasən Konqresin səlahiyyətlərinə aiddir: Söhbət Türkiyənin F-35-ləri ala bilməsi üçün ABŞ qanunlarına əməl edib-etməməsindən gedir”.

 

Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp Türkiyəyə F-35-lər verilə biləcəyini açıqlamışdı.

#xəbər #f-35 #baki #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər