00:00:00
Yazar
Admin User
05.10.2025 15:37 387 1 dəq oxuma
İdman

Turun son matçında "Şamaxı" səfərdə "Qəbələ"ni məğlub edib

Turun son matçında "Şamaxı" səfərdə "Qəbələ"ni məğlub edib

Misli Premyer Liqasında VII tura yekun vurulub.

 

"İnformator.az"ın məlumatına görə, turun son oyununda "Qəbələ" evdə "Şamaxı"ya məğlub olub - 0:1. 

 

Yeganə qolu 7-ci dəqiqədə penaltidən Rikardo Apolinario vurub.

 

"Qəbələ" 4 xalla 11-ci, qonaqlar 9 xalla yeddincidir.

 

Bu gün keçirilən ilk görüşdə "Sabah" səfərdə "Karvan-Yevlax"ı üstələyib - 2:0. 

 

Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "İmişli"ni (2:0), "Qarabağ" "Kəpəz"i (1:0), "Turan Tovuz" "Sumqayıt"ı (3:0) məğlub edib. "Zirə" - "Neftçi" oyununda isə qalib müəyyənləşməyib - 2:2.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər