00:00:00
Yazar
Admin User
21.05.2024 14:50 638 1 dəq oxuma
Media

TV-də necə danışaq?

TV-də necə danışaq?

Bu gün Bakı Dövlət Universitetinin(BDU) Jurnalistika fakültəsində Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Arzu Məmmədovanın "Jurnalistin audiovizual nitqi" mövzusunda açıq dərsi keçirilib.

 

Açıq dərsdə Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova, kafedranın müəllimləri Həmid Vəliyev, Təranə Mahmudova və magistrantlar iştirak edib.

 

Açıq dərsdə bildirilib ki, müasir informasiya cəmiyyətində elektron medianın ictimai rəyin formalaşmasında və informasiyanın ötürülməsində rolu danılmazdır. Elektron mediada jurnalistlərin nitq davranışı ünsiyyətin effektivliyini müəyyənləşdirməklə yanaşı informasiyanın qavranılmasına təsir edir və jurnalistin peşakar imicini formalaşdırır. Professor Həmid Vəliyev, dosent Təranə Mahmudova çıxış edərək öz qeydlərini bildiriblər.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər