00:00:00
Yazar
Elmira Ağayeva
18.08.2026 21:17 21 2 dəq oxuma
İdman

“Tvente” - “Qarabağ”: səfər matçından nə gözlənilir?

“Tvente” - “Qarabağ”: səfər matçından nə gözlənilir?

 


“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” ilə səfərdə qarşılaşacaq. Görüş avqustun 20-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşma Niderlandın “FC Twente Stadion”unda keçiriləcək və “Qarabağ”ın azarkeşləri üçün 1500 yer ayrılıb. 


Mövzu ilə bağlı idman eksperti Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında  bildirib ki, “Tvente" kimi kompakt futbol oynayan, əks-hücumlarda öz sözünü deyən, sürətli və bir oyun ərzində bir neçə taktikanı dəyişə bilən komandaya qarşı oynamaq çox çətin olacaq:

“Qarabağ üçün çox çətin olacaq. Düzdür, həmişə vurğuladığımız kimi, Qurban Qurbanov amili öz sözünü deyə bilər və inşallah ki, deyəcək. Lakin vəziyyət həqiqətən mürəkkəbdir. Zubirin gedişi və onun yerini dolduracaq futbolçunun olmaması komandaya ilk ağır zərbəni vurur. İkinci məsələ isə Elvin Cəfərquliyevin zədələnməsidir, hazırda onun da yerini verə biləcək başqa bir oyunçu yoxdur. Vacib və məsuliyyətli bir matçda tanış rəqiblə qarşılaşacağıq. Tvente bizim üçün çox yaxşı tanınan komandadır, çünki onlarla artıq iki dəfə üz-üzə gəlmişik. Ümumilikdə keçirilən üç pley-off mərhələsinin ikisi Avropa Liqasına, biri isə Konfrans Liqasına təsadüf edib. Əvvəlki matçların birində məğlub olmuşduqsa, digərində səfər qolu qaydası sayəsində mərhələni keçməyi bacarmışdıq. Bu dəfə də oyun çox çətin keçəcək. Heyətdə ciddi boşluqlar var, zədələnən və komandadan gedən oyunçuların yeri dolmayıb. Ən əsası assumes, komandanın əsas hücumçusu yoxdur. Hücumçumuz olmadığından, hazırda "Tvente" kimi kompakt futbol oynayan, əks-hücumlarda öz sözünü deyən, sürətli və bir oyun ərzində bir neçə taktikanı dəyişə bilən komandaya qarşı oynamaq çox çətin olacaq. Lakin təcrübəmiz var. Hesab edirəm ki, rəqibin öhdəsindən gələ bilərik. Ən azından ilk oyunda məğlub olmarıq və turun taleyini Bakıda həll edə bilərik.
Komandamıza uğurlar arzulayıram. Düşünürəm ki, müdafiə xarakterli oynasaq daha yaxşı olar. Əsas məsələ oyunun tempini əldən verməməkdir”.

Samirə Allahverdizadə ‎

#Qarabağ #Tvente #idman
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər