00:00:00
Yazar
Admin User
13.04.2023 12:48 600 1 dəq oxuma
Media

"Twitter-də 6000 işçi ixtisar edilib" - ELON MUSK

"Twitter-də 6000 işçi ixtisar edilib" - ELON MUSK

Elon Musk Twitter-i aldıdan sonra 6000-dən çox insanı işdən çıxarıb. O, çərşənbə axşamı BBC-yə verdiyi müsahibəsində belə deyib.


Muskın sözlərinə görə, sosial media platformasında 8000 nəfərdən indi cəmi 1500 işçi qalıb. İxtisar şirkət işçilərinin təxminən 80%-nə bərabərdir. Musk ixtisarların "heç də əyləncəli deyil" və bəzən "ağrılı" olduğunu vurğulayıb.

 

Dünyanın ikinci ən varlı adamı şirkəti aldıqdan sonra "şirkət büdcəsində 3 milyard dollar əksiklik" ilə üzləşdiyi üçün ixtisarlara ehtiyac olduğunu deyib. 

 

Xatırladaq ki, Musk Twitter-i ötən ilin oktyabrında 44 milyard dollara satın almışdı.

 

Fatima Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər