00:00:00
Yazar
Admin User
19.05.2023 18:14 647 1 dəq oxuma
Media

Twitter Microsoft-u məlumatlardan sui-istifadə etməkdə ittiham edir

Twitter Microsoft-u məlumatlardan sui-istifadə etməkdə ittiham edir

Tvitter Microsoft-u məlumatlardan sui-istifadə etməkdə ittiham edir.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, “Tvitter” sosial media platforması “Microsoft”u onun məlumatlarından icazəsiz istifadə etməkdə ittiham edib və səlahiyyətlilərlə əlaqə saxlayıb. İlon Maskın vəkili Aleks Spiro Microsoft-un Tvitter-in məlumat bazasından məlumat çıxararaq qayda pozduğunu açıqlayaraq, bu pozuntuları izah edən məktubu Microsoft-a göndərib.

 

O, Microsoft-un baş direktoru Satya Nadella və şirkətin direktorlar şurasına göndərdiyi məktubda iki tərəfin razılaşmasında həddindən artıq və ya sui-istifadənin qadağan edildiyini ifadə edib. Eyni zamanda  bu məhdudiyyətlərə baxmayaraq Microsoft-un təkcə 2022-ci ildə 26 milyarddan çox Tvitter paylaşımını icazəsiz istifadə etdiyini bildirib.

 

Sayad

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər