00:00:00
Yazar
Admin User
10.09.2025 18:30 134 1 dəq oxuma
İdman

U-21 millisi qrupda ilk xalını qazanıb

U-21 millisi qrupda ilk xalını qazanıb

Azərbaycanın U-21 yığması AVRO-2027-in seçmə mərhələsində B qrupu çərçivəsində ikinci oyununa çıxıb. İlk matçda Portuqaliyaya 0-5 uduzan komandamız bu dəfə “Liv Bona Dea Arena”da Bolqarıstan seçməsi ilə qarşılaşıb. Görüşə köməkçi məşqçi Elnur Çodarovun rəhbərliyi altında çıxan kollektiv 1-1 hesablı bərabərliyə razılaşıb və qrupda ilk xalını qazanıb.

 

Mövzu ilə bağlı azərbaycanlı futbol mütəxəssisi, keçmiş futbolçu Ceyhun Sultanov “İnformator.az”a bildirib ki, bizim problemimiz 1 oyuna, qazanılan 1 xala görə komanda barədə rəy verməkdir:

 

“O, düzgün deyil. Məncə, əgər futbolun inkişafından danışırıqsa, bir oyuna görə rəy verməyimiz düzgün deyil. Düşünürəm ki, əsas məsələ odur ki, milli komandalarımızın başında yerli məşqçilərdir və onlara inanmaq lazımdır. Futbolun inkişafını istəyiriksə, mütləq, baş məşqçilərə inanmalıyıq və gələcək nəsilə diqqət yetirmək lazımdır. Çünki indiki nəslin potensialı həm futbolun inkişafında böyük rol oynayacaq böyük rol oynayacaq səviyyədə deyil. Düşünürəm ki, gələcək nəslə diqqət yetirib, futbolun inkişafı, milli komandamızın qrupdan çıxması barədə düşünməliyik. Bir oyuna görə mən heç bir məşqçiyə rəy vermək istəmirəm. Düzdür, bugün Bolqarıstanla heç-heçə elədik, sabah hansısa komandaya məğlub olsaq yenidən başlayacaq neqativ sözlər deyilməyə. Ona görə xal önəmli olsa da, mənə görə bugün yerli məşqçilərə inanmalı və onların arxasında durmalıyıq”.

 

Nazim Xeyrxəbərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər