Üçüncü SMM təlimi: Rəqəmsal kimlik və brend quruculuğu mövzusunda yeni biliklər
“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə vəİnteqrasiyasına Dəstək” İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsinin növbəti – üçüncü təlimi uğurla keçirilib.
Bu dəfəki təlimin mövzusu “Rəqəmsal kimliyin formalaşdırılması” olub. Təlimdə iştirakçılar sosial media platformalarında fərdi və ya biznes brendinin necə qurulması, bu brendin rəqəmsal məkanda tanınmasıüçün effektiv üsullar barədəətraflı məlumat əldə ediblər. Təlimçi Pərvanə Fərhadqızı bildirib ki, brendinq yalnız bir loqo və ya şüarla kifayətlənmir – bu, tamaşaçılarla emosional və strateji əlaqə yaratmaq bacarığıdır.
Təlim zamanı müzakirə olunan əsas mövzular:
Rəqəmsal brendin formalaşması və inkişafı
Sosial mediada düzgün mövqe tutmaq
Effektiv reklam alətləri və strategiyaları
Onlayn platformalarda biznes imkanlarının dəyərləndirilməsi
Təlim interaktiv şəkildə aparılıb və iştirakçılar praktik məşğələlər vasitəsiləəldə etdikləri bilikləri tətbiq etmək imkanı qazanıblar.
Layihənin əsas hədəfi —əlilliyi olan şəxslərin rəqəmsal bacarıqlarını gücləndirərək onların əmək bazarına inteqrasiyasını və sosial-iqtisadi həyatda aktiv iştirakını təmin etməkdir.
Təlimlər mərhələli şəkildə davam etdiriləcək və iştirakçılar gələcək mərhələlərdəöz biliklərini real iş mühitində tətbiq etmək şansıəldə edəcəklər.