00:00:00
Yazar
Admin User
14.08.2023 09:43 380 2 dəq oxuma
Sosial

UÇAN TAKSİLƏR GƏLİR

UÇAN TAKSİLƏR GƏLİR

Uzun illərdir müzakirələri aparılan uçan avtomobil sənayesində inkişaf davam edir. Artıq bir çox şirkət test fəaliyyətlərinə başlayıb, bəziləri isə 2024-ci insanların istifadəsinə veriləcəyini bildirir. Uçan avtomobillərlə bağlı irəli sürülən ən optimal variant isə bu tip texnikaların hələlik daha çox taksi kimi fəaliyyət göstərəcəyidir.

Hər 5-10 nəfərdən birinin avtomobil sahibi olması illərdir ölkələrin tıxac, yanacaq, ekoloji problemlərlə üzləşməsinə səbəb olur. Bütün bu halları nəzərə alaraq, Almaniya, Fransa, Çin, Birləşmiş Ştatlar və digər böyük dövlətlər, həmçinin bir çox şirkət uçan avtomobillər üzərində çalışır. Bu avtomobillər sayəsində insanlar mənzil başına daha rahat və vaxt itirmədən çata biləcəklər.

Hər nə qədər bir çox problemi aradan qaldıracağı düşünülsə də, uçan avtomobillər bərabərində daha böyük problemlər gətirir. İlk növbədə sözügedən texnikaların düşmə təhlükəsini unutmayaq. Belə ki, uçan avtomobillər təyyarələrə nisbətən xeyli alçaqdan, hətta evlərin üstündən belə uça biləcək. Bu da qəza anında yaşayış məntəqələrinə zərər dəyməsinə, hətta insanların ölümünə gətirib çıxara bilər. Digər tərəfdən sözügedən texnikalarda nəzərdə tutulan uçuş məsafələri məhduddur. Çünki həm dövlətlər, həm də şirkətlər bu texnikaların qəza anında yarada biləcəyi böyük təhlükələri nəzərə alaraq yanacaqla deyil, elektrikli işləməsini istəyirlər. Bunu təmin edən batereyaların tutumu isə kifayət deyil. Hər nə qədər elektrikli avtomobillərin batereya tutumu indiki dönəmdə 450 km səviyyəsinə çatdırılsa da, uçan avtomobillər daha çox enerji xərcləyir. Bu səbəbdən sözügedən texnikaların mənzili indiyədək maksimum 35 km olub.

Uçan avtomobillərlə bağlı problemlər bununla kifayətlənmir. Dünyada hava şəraitinin dəyişkən olması, hazırda istifadə də olan texnikaların uzun müddət təkminləşdirilməsinə səbəb olub. Lakin qurudan fərqli olaraq səmadə vəziyyət bir qədər fərqlidir. Hətta uzun illər keçməsinə baxmayaraq ən müasir təyyarələr belə uçuşlarını hava səbəbindən tez-tez təxirə salırlar. Eyni vəziyyət uçan avtomobillər üçün də keçərli ola bilər. Digər tərəfdən səmanın yüksək qatlarında belə, təyyarələrin quşlarla toqquşduğunu nəzərə alsaq uçan avtomobillərlə bağlı bu yöndə vəziyyət daha qəliz olacaq.

Öz növbəsində uçan avtomobillərin idarəetmə sistemi və qaydaları da mövcud avtomobillərlə müqayisədə xeyli çətin olacaq. onları idarə edəcək adamların sayının az olması bu texnikaların daha çox taksi kimi fəaliyyət göstərməsi ilə nəticələnə bilər. Bunda eyni zamanda helikopterlərə nisbətən gediş haqqının ucuz, daha səssiz və kompakt olması da rol oynayacaq. Enerji qiymətlərinin ildən-ilə yüksəldiyi dövrdə, xüsusilə böyük metropollarda taksi şirkətləri bu fürsəti qaçırmayacaqlar.

CAVİD

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər