00:00:00
Yazar
Admin User
23.09.2025 14:23 110 1 dəq oxuma
İdman

UEFA baş məşqçi Dieqo Simeoneyə qarşı intizam işi açıb

UEFA baş məşqçi Dieqo Simeoneyə qarşı intizam işi açıb

UEFA İspaniyanın "Atletiko" klubunun baş məşqçisi Dieqo Simeoneyə qarşı intizam işi açıb.

 

"İnformator.az" xəbər verir ki, buna argentinalı mütəxəssisin Çempionlar Liqasının I turunda "Liverpul"la matçda azarkeşlə mübahisə etməsi səbəb olub.

 

Matçın sonlarında Simeone ingilis azarkeşə qarşı nalayiq jesti ilə diqqət çəkib və onunla mübahisə edib. Nəticədə qırmızı vərəqə ilə cəzalanan mütəxəssis ehtiyat oyunçular skamiyasından qovulub. O, bu davranışını azarkeşlərin təxribatları ilə əlaqələndirib.

 

Qeyd edək ki, qarşılaşma "Liverpul"un 3:2 hesablı qələbəsi ilə bitib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər