00:00:00
Yazar
Admin User
25.12.2025 16:10 85 1 dəq oxuma
İdman

UEFA bu cəzaları daha da sərtləşdirməlidir

UEFA bu cəzaları daha da sərtləşdirməlidir

"Bu cəza verilməli idi, çünki layiq idilər. Onlar siyasi şüarlar səsləndiriblər və bizim üçün çox vacib bir məqam olan Qarabağ müharibəsində qondarma separatçıların bayrağını da çıxarıblar".


Bu sözləri idman jurnalisti, şərhçi Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bu, əslində təxribat idi, özü də siyasi təxribat:

 

"Bu daha böyük problemlərə gətirib çıxara bilərdi. Şükürlər olsun ki, başqa bir hadisə baş verməyib. Belə addımlara qarşı mütləq tədbirlər görülməlidir və UEFA müəyyən tədbirləri görür. Amma 10.000 avroluq cəza çox da böyük cəza deyil. Məbləğ daha böyük olmalı idi. Eyni zamanda, bu addımı atan şəxslərə qarşı şəxsi cəzalar da tətbiq olunmalı idi. Onların stadiona ömürlük girişi dayandırılmalı idi. Yəni simvolik 10.000 avronu çox da yaxşı, ciddi cəza hesab etmirəm. Çünki cəzalar adekvat, sərt olmadıqda, digər stadionlarda da, digər azarkeşlər də, digər kənar şəxslər də belə addımları atmağa həvəsli olacaqlar. Heç nədən qorxmayacaqlar".


Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər