00:00:00
Yazar
Güllər Gülhüseynova
09.07.2026 19:10 26 1 dəq oxuma
İdman

UEFA Çempionlar Liqası:"Araz-Naxçıvan"ın rəqibləri müəyyənləşib

UEFA Çempionlar Liqası:"Araz-Naxçıvan"ın rəqibləri müəyyənləşib

UEFA Futzal Çempionlar Liqasının əsas mərhələsinin püşkü "Araz-Naxçıvan"ın rəqiblərini müəyyənləşdirib. Azərbaycan çempionu Polşada keçiriləcək qrup oyunlarında növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq.


"Püşkün nəticələri bizə öncədən məlum idi, ya Polşa, ya da Serbiya Çempionu ilə üzləşəcəyik. Buna görə də, bizə rəqib fərq etmir". 


Bu sözləri Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, əsas olan hansısa rəqiblə qarşılaşmaq yox, öz komandamızın hazırki vəziyyətidir:


"Hansı komanda ilə üz-üzə gələcəyimizdən asılı olmayaraq ciddi hazırlaşmalıyıq. Hazırlıq planına əsasən komanda avqust ayında toplaşacaq. Planlı şəkildə əsas mərhələ oyunlarına və ölkə çempionatına hazırlaşacaq. Artıq məşqçimiz də göstəriş verib ki, püşkatmadan sonrakı mərhələ planlaşdırılır və lazımi şəkildə yerinə yetiriləcək. 
Qrupdan çıxma şansımız isə hər zaman var. Mən heç vaxt rəqibi düşünmürəm, əsas öz komandamızdır. Düşünürəm ki, doğru-düzgün planlaşdırılan hazırlıq mərhələsi uğurlu nəticə də verəcək. "Araz-Naxçıvan" bütün oyunlarda öz gücünü ortaya qoyur. Buna görə də inamla irəliləyirik. Ümid edirəm ki, keçən ilki uğurlarımızı bu il də davam etdirə bilərik". 


Zəhra Möhübbətova

#UEFA #Araz #Naxçıvan #idman
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər