00:00:00
Yazar
Zəhra Həsənova
04.05.2026 22:04 21 1 dəq oxuma
İdman

UEFA Çempionlar Liqası həyəcanı yaxınlaşır!

UEFA Çempionlar Liqası həyəcanı yaxınlaşır!

UEFA Çempionlar Liqasında mövsüm həlledici mərhələyə çatıb. Yarımfinal mərhələsində həm komandaların oyunu, həm də fərdi performanslar çempionluq uğrunda mübarizəni daha da maraqlı edir.


"Bu mövsüm Çempionlar Liqasında favoritim yarımfınal cütlərindən birini təşkil edən "PSG" ilə "Bavariya"nı görürəm".


Bu sözləri idman jurnalisti Ceyhun Rzayev "İnformator.az" a açıqlamasında deyib. O qeyd edib ki, həqiqətən də bunu erkən final adlandırmaq olar: 


"Hər ikisi də bu mövsümün ən yaxşı komandalarıdır. Mən düşünürəm ki, hansı finala çıxsa, elə Çempion Liqasının qalibi də o komanda olacaq.
Turnirin bu mərhələsinə qədər məni ən çox təəccübləndirən komanda " Barselona" olub. Açığı onların finala qədər gələcəyini gözləyirdim, ancaq heyif... 
Çempionluğu isə finalda həmin an futbolçuların performansları müəyyən edəcək. Oyuna kim necə hazırlaşıb? Artıq taktika və ya texnika o qədər də önəm kəsb etmir. O an kim az səhv etsə, kim qol epizodlarından düzgün istifadə etsə, o da qalib olacaq". 


Zəhra Möhübbətova

#uefa #yeni #baki #həyəcanı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər