UEFA-da "Qarabağ"ın hansı şansları var?
UEFA-nın püşkatma mərasimindən sonra “Qarabağ”ın avrokuboklardakı mümkün rəqibləri müəyyənləşib. Ağdam təmsilçisinin Avropa Liqasındakı çıxışı ilə yanaşı, ehtimal olunan Konfrans Liqası ssenariləri də futbol ictimaiyyətinin diqqət mərkəzindədir.
Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib ki, "Qarabağ"ın birinci mərhələdəki rəqibi İslandiyanın "Vestri" klubudur və rəqib çox zəif komandadır:
" "Qarabağ" onu çox asanlıqla keçəcək. Amma ikinci mərhələdə böyük ehtimal "CSKA Sofia" - Bolqarıstanın komandası gələcək və çox yaxşı komandadır. "Qarabağ"ın işi burada asan deyil. Artıq "Qarabağ" maksimumu qoymalıdır. "Qarabağ"a sözsüz ki, inanırıq, çox təcrübəli komandadır. Yeni transferlər var, yaxşı və güclü heyət formalaşdırılır. Ümidvarıq ki, bu mərhələni də keçər. Amma elə də asan olmayacaq. Çünki "CSKA Sofia" həqiqətən də yaxşı komandadır".
Zəhra Möhübbətova