UEFA Gənclər Liqası: “Barselona” 3–0 “Olimpiakos”
“Barselona”nın U-19 komandası UEFA Gənclər Liqasının qrup mərhələsində “Olimpiakos”u 3:0 hesabı ilə məğlub edib və ardıcıl üçüncü qələbəsini qazanaraq liderliyini qoruyub.
Kataloniyalılar artıq 23-cü dəqiqədə 3:0 hesabı ilə önə keçiblər – qolları Adrián Gerrero (14’) və dubl edən Orian Goren (18’, 23’) vurub. İlk hissədə tam üstünlük quran “Barselona” ikinci yarıda da oyuna nəzarəti saxlayıb və rəqibə ciddi imkan verməyib. Beləliklə, “Barselona” qrupda maksimum xalla liderliyini davam etdirir. Növbəti oyun 5 noyabrda səfərdə “Brügge”yə qarşı olacaq.
Barcelona TV
Nazim Xeyrxəbərli
