00:00:00
Yazar
Zəri Bayramlı
22.04.2026 21:59 28 2 dəq oxuma
İdman

UFC Bakıda illik turnirlərə start verir: 2028-dək əməkdaşlıq razılaşması

UFC Bakıda illik turnirlərə start verir: 2028-dək əməkdaşlıq razılaşması

UFC ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında imzalanan çoxillik müqaviləyə əsasən, 2028-ci ilədək paytaxtda hər il UFC Fight Night tədbirləri keçiriləcək. İlk yarış – UFC Fight Night Baku 27 iyun tarixində Milli Gimnastika Arenasında baş tutacaq.

 

Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, "UFC" tədbiri Azərbaycanın bir dövlət olaraq yaxşı yarış təşkilatçısı olduğunu növbəti dəfə sübut edəcək: 

 

"UFC" yarışının Azərbaycanda təşkil edilməsi böyük bir hadisədir. "Formula 1" yarışının və ya futbol üzrə hər hansısa Avropa Çempionatının, beynəlxalq turnirlərin Azərbaycanda keçirilməsinə bərabər bir tədbirdir. Çünki "UFC" dünyaca məşhur, çox populyar, dünyada 100 milyonlarla izləyicisi olan bir idman yarışıdır. Azərbaycanda ikinci dəfə keçirilməsi həqiqətən də ölkəmizdə idman aləmində böyük hadisədir. Bakıda keçiriləcək yarış regionda yeganədir. Bu tədbir nə Gürcüstanda, nə Rusiyada, nə də Mərkəzi Asiya ölkələrində təşkil olunub. Keçən ilki tədbirdə yarışı izləməyə nə qədər azərbaycanlı gəlmişdisə, bir o qədər də  xarici ölkələrdən gəlmişdilər. Məsələn, Qazaxıstandan, Türkmənistandan, Qırğızıstandan, Rusiyadan və Türkiyədən çox böyük azarkeş ötən il Bakıya axın etmişdirlər. Təbii ki, bunun, ancaq müsbət təsiri ola bilər. Eyni zamanda, ölkədə döyüş idman növlərinin inkişafına, idmana marağın artmasına təkan verəcək. Bu tədbir Azərbaycanın bir dövlət olaraq yaxşı yarış təşkilatçısı olduğunu növbəti dəfə sübut edəcək. "UFC"nin Azərbaycanda tədbir keçirməsinin nəticəsi elə ölkəmizin imicidir. "UFC" tədbirinin keçirilməsindən sonra nüfuzu artacaq məsələsi deyil, Azərbaycan yarış təşkilatçılığı nüfuzu o qədər yüksək səviyyədədir ki, artıq  "UFC" kimi yarışları da bizlərə həvalə edirlər. Yəni  əslində bu özü elə böyük bir uğurdur. Bu tədbir də daha yaxşı, daha maraqlı və əyləncəli şəkildə keçiriləcək. Yenədə ölkəmiz haqqında müsbət fikirlər bildirməyə davam edəcəklər".

 

Samirə Allahverdizadə

#turnirlərə #yeni #illik #2028-dək
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər