UFC çempionu Tom Aspinallda gözün yuxarı qalxmasında problem yaradan nadir çəpgözlük forması diaqnozu qoyulub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə idmançı özü açıqlama verib.

 

O, Siril Qana ilə döyüşdə gözündən aldığı zədə səbəbindən yarımçıq qalan qarşılaşmanın revanşının bu il baş tutmayacağını bildirib:

 

“Hazırda məşq etmirəm, ümumiyyətlə MMA ilə bağlı heç nə etmirəm. Bu, həkimlərin göstərişidir. Mən 100 faiz bərpa olunmalıyam. Gözlərim tam sağaldıqdan sonra revanş barədə düşünəcəyik”. 


Qeyd edək ki, Qanla Aspinall arasında baş tutmayan qarşılaşma UFC tarixində nəticəsiz başa çatan ikinci titul döyüşü olub. İlk dəfə belə halın səbəbi zədələnmə olub. Gan və Aspinall 2026-cı ildə revanş döyüşündə üz-üzə gələ bilərlər.