Uğurcan Çakır 33 milyon avro qarşılığında “Galatasaray”da
“Galatasaray”, “Trabzonspor”un qapıçısı Uğurcan Çakırı 33 milyon avro transfer haqqı ilə heyətinə qatdı. Razılaşmada əlavə olaraq 3 milyon avroluq “şərtə bağlı bonus” maddəsi də yer alır.
Trabzonspor klubunun açıqlamasında bildirilib:
“Peşəkar futbolçumuz Uğurcan Çakırın ‘Galatasaray’ klubuna qəti transferi mövzusunda anlaşma əldə olunub. Daxili və xarici transferlərdə rekord isə 75 milyon avroluq transfer haqqı ilə yenə “Galatasaray”da olan Viktor Osimhendədir. Uğurcan Çakır bu qərarın açıqlanmasından əvvəl sosial mediada “Bordo-Mavililər”lə (Trabzonspor) vidalaşaraq bunları qeyd edib:
“Çempionlar Liqasında oynamaq, ailəmlə birlikdə yeni bir macəraya başlamaq və futbol karyeramda yeni hədəflərə doğru irəliləmək istəyirəm". 2012-ci ildən bəri “Trabzonspor” formasını geyinən Çakır, Almaniyanın futbol statistikası saytı “Transfermarkt”a görə, 9,5 milyon avro bazar dəyərinə sahib idi. O, Türkiyə millisində də bu günə qədər 31 dəfə meydana çıxıb “Trabzonspor” isə ayrılığın ardından sosial şəbəkədə etdiyi paylaşımda Çakıra təşəkkür edib: “Bu şəhər, bu camiə və milyonlarla Trabzonspor azarkeşi səninlə həmişə qürur duyacaq".
Euronews
Fatimə Hüseynli
