00:00:00
Yazar
Elmira Ağayeva
30.04.2026 21:45 29 1 dəq oxuma
Media

Uğurlu kommunikasiya düzgün söz seçimi və tonla başlayır” – AYNUR BUDAQOVA

“Uğurlu kommunikasiya düzgün söz seçimi və tonla başlayır” – AYNUR BUDAQOVA

 

Kameradan əvvəl nitqinizi cilalayın"- bu sözləri ADU-nun Filologiya fakültəsinin dekanı, dosent Aynur Budaqova Teleradio Akademiyasının müdavimləri ilə görüşü zamanı bildirdi. 

 

Təlim "Kəskin bucaqları cilalamaq: Kobud ifadələrin yumşaq ifadələrlə əvəzlənməsi, üslub və sosial təsir" mövzusunda təşkil edildi.

 

Aynur Budaqova vurğuladı ki, istər kadr arxasında, istərsə də gündəlik iş mühitində uğur qazanmağın yolu dilimizdən və seçdiyimiz sözlərdən keçir. Görüşdə müdavimlərin müxtəlif ixtisaslardan gəlməsinə baxmayaraq, ortaq hədəfin auditoriyanı qazanmaq və düzgün kommunikasiya qurmaq olduğunu qeyd etdi.

 

Təlim zamanı gərgin situasiyalarda və ya tənqid zamanı istifadə edə biləcəkləri praktik "yumşaltma" strategiyaları təqdim olundu.

 

“Səhv edirsən” demək əvəzinə, “Bu məsələyə fərqli yanaşmaq olar” və ya “Mən belə düşünürəm” ifadələrinə üstünlük verilməli olduğunu dedi.

 

Təlimçi həmçinin dilçilik terminləri olan efemizm (yumşaq çatdırma) və disfemizm (kobud çatdırma) anlayışlarını izah etdi. Bildirdi ki, peşəkar jurnalist hər hansı bir məlumatı auditoriyaya və ya həmkarlarına çatdırarkən kəskin bucaqları "cilalamağı" bacarmalı, münaqişəni böyütmək əvəzinə bu mövzuda empatiya duyğusundan istifadəni hədəfləməlidir. 

 

İnteraktiv formatda keçən görüş müdavimlərin maraqlı sualları və təcrübə mübadiləsi ilə yekunlaşdı.

 

Elsa Abdullayeva

#AzTv #media #Teleradioakademiyası
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər