Uitkoff və Kuşner Ərəb dənizindəki ABŞ gəmisində
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper və Prezidentin kürəkəni Cared Kuşner Ərəb dənizindəki "USS Abraam Linkoln" təyyarədaşıyan gəmisində olublar.
"İnformator.az"xəbər verir ki, bu barədə Uitkoff X hesabında məlumat paylaşıb.
Məlumata görə, rəsmilər gəmi heyəti ilə görüş keçiriblər, həmçinin İran PUA-sını vuran pilotla söhbət ediblər.
