00:00:00
Yazar
Hüseynova Mələk
25.06.2026 19:48 20 1 dəq oxuma
Dünya

UKMTO: Oman körfəzində gəmiyə mərmi atılıb

 

UKMTO: Oman körfəzində gəmiyə mərmi atılıb

Oman körfəzində yük gəmisi mərmi zərbəsinə məruz qalıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) saytındakı bəyanatda bildirilib.

 

"Yük gəmisi naməlum mərminin zərbəsinə məruz qalıb, bu da zədələnməyə səbəb olub", - bəyanatda qeyd olunub.

 

Britaniyanın dəniz idarəsi bildirib ki, hadisə Omanın Dahit bölgəsindən 7,5 dəniz mili (13,89 kilometr) cənub-şərqdə baş verib.

 

Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan yoxdur və ətraf mühitə ziyan dəyməyib.

 

UKMTO bu ərazidəki gəmilərə keçid zamanı ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.

#Körfəz #mərmi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər