00:00:00
Yazar
Admin User
14.01.2026 17:06 67 1 dəq oxuma
Dünya

Ukrayna 200 min hərbçinin icazəsiz olaraq xidmət yerini tərk etdiyini açıqlayıb

Ukrayna 200 min hərbçinin icazəsiz olaraq xidmət yerini tərk etdiyini açıqlayıb

Ukraynanın yeni müdafiə naziri 200 min hərbçinin icazəsiz olaraq xidmət yerini tərk etdiyini 2 milyon nəfərin isə hərbi çağırışdan yayındığını açıqlayıb

 

Ukraynanın yeni müdafiə naziri Mixaylo Fedorovun açıqlamasına görə hazırda təxminən 200 min ukraynalı hərbçi icazəsiz şəkildə xidmət yerlərini tərk edib. O, həmçinin 2 milyona yaxın Ukrayna vətəndaşının hərbi xidmətdən yayınmaya görə axtarışda olduğunu bildirib. Fedorov bu fikirləri Ukrayna parlamentində müdafiə naziri vəzifəsinə təsdiqlənməsindən əvvəl səsləndirib.

 

İllərdir daha güclü düşmənə qarşı mübarizə aparan Ukrayna ordusu ciddi təzyiq altındadır. Cəbhə xəttində şərait ağır olaraq qalır, hərbçilər say və silah baxımından üstün olan qüvvələrə qarşı mövqelərini qorumağa çalışırlar. Prezident Volodimir Zelenski isə görüşdən sonra səfərbərlik prosesində daha geniş islahatlara ehtiyac olduğunu vurğulayıb.

 

Cnn News

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər