00:00:00
Yazar
Zəri Bayramlı
07.07.2026 14:50 21 1 dəq oxuma
Dünya

Ukrayna Azov dənizində Rusiyaya məxsus səkkiz neft tankerini məhv edib

Ukrayna Azov dənizində Rusiyaya məxsus səkkiz neft tankerini məhv edib

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş sistemləri iyulun 7-nə keçən gecə Rusiyaya məxsus səkkiz yanacaq tankerini məhv edib.

 

"İnformator.az" "UNIAN"a istinadən xəbər verir ki,  bu barədə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş sistemlərinin komandanı Robert Brovdi (Madyar) məlumat verib və həmçinin gəmilərin vurulma anının videosunu yayımlayıb.

 

"Rusiyanın səkkiz tankeri 414-cü "Ptisı Madyara" briqadasının "Kayros" pilotları tərəfindən bir gecədə aşkar edilib və sıradan çıxarılıb", - deyə o bildirib.

 

Robert Brovdinin sözlərinə görə, həmin gecə, həmçinin bir yük gəmisi və bərə də məhv edilib.

 

Madyar gəmilərə ciddi ziyan dəydiyini və yanğınların baş verdiyini, həmçinin gəmilərin beynəlxalq sanksiyalar altında olduğunu qeyd edib.

"Bütün tankerlər identifikasiya edilib - onlar beynəlxalq sanksiyalar altındadır və hər birinin dedveyti 7000 ton təşkil edir, 140 metr uzunluğundadır, 2006-2012-ci illərdə istehsal olunub. Bunlar "Venera-3", "Sanar-1", "Sanar-17", "Klimena", "Teti", "Penelope" və "Aleksey Savrasov"dur.

#neft #azərbaycan #gündəm #ukrayna #məhv
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər