Ukrayna Fransadan HHM raketləri və ‘Mirage’ təyyarələri alacaq
Fransa Ukraynaya əlavə HHM raketləri və “Mirage” təyyarələri göndərməyə hazırlaşır.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Fransanın Ukraynaya müdafiə silahlarının, raket sistemlərinin verməsi ilə Ukraynanın müdafiə imkanları artacaq:
“Hər hansı vaxtda təqdim olunması isə Rusiyanın hücumlarında istifadə etdiyi raketlərin zərər vermə potensialını azaltmağa dastək ola bilər. Bu, eyni zamanda Ukraynanın ordusunun qüvvələrinin güclənməsinə imkan yaradır. Müdafiə sistemləri Ukraynanın hava məkanını qoruyur, Rusiyanın dron və raket hücumlarını zərərsizləşdirir. Hazırkı müharibələrdə dronlar və raketlər getdikcə daha səmərəli istifadə olunur və ən yaxşı müdafiə vasitəsi kimi hava hücumundan müdafiə sistemləri çıxış edir. Hava hücumundan müdafiə sistemləri Ukraynanın müdafiəsini gücləndirir, təyyarələr isə bəzi hücumların qarşısını almaqda, raketləri vurmaqda əlavə dəstək rolunu oynayır. Rusiya istədiyi vaxt Ukraynanın böyük şəhərlərinə dron və raket hücumları həyata keçirir. Bu ərazilər geniş olduğu üçün çoxsaylı hava müdafiə sistemlərinə ehtiyac var. Ukraynaya nə qədər çox sistem gətirilsə, ölkənin müdafiəsi bir o qədər güclənəcək. Xüsusilə enerji infrastrukturu əsas hədəfdir və hazırda Patriot tipli sistemlər kifayət qədər deyil. Hər halda, Fransa tərəfindən əlavə yardım göstəriləcəksə, bu Ukraynanın mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək”.
Güllər Gülhüseynova
