00:00:00
Yazar
Elmira Ağayeva
30.06.2026 16:14 17 1 dəq oxuma
Siyasət

"Ukrayna hücumları bir həftədə 40-dan çox rusiyalını öldürüb"- Rodion Miroşnik

"Ukrayna hücumları bir həftədə 40-dan çox rusiyalını öldürüb"- Rodion Miroşnik

 

Ukraynanın son bir həftə ərzində həyata keçirdiyi hücumlar nəticəsində iki uşaq da daxil olmaqla 42 Rusiya vətəndaşı həlak olub, 285 nəfər isə yaralanıb.

 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik TASS-a bildirib. Onun sözlərinə görə, mülki itkilər əsasən Belqorod və Voronej vilayətlərində, Donetsk Xalq Respublikasında, həmçinin Zaporojye və Xerson vilayətlərində qeydə alınıb. Ümumi itkilərin 72 faizi zərbə dronlarının hücumları ilə bağlı olub.

 

Miroşnik qeyd edib ki, Ukrayna tərəfi dronlardan istifadə edərək uzaqdan minalama aparıb, həmçinin tibb müəssisələri və təcili yardım avtomobillərini hədəf alıb. Xerson vilayətində FPV-dronun təcili yardım avtomobilinə hücumu nəticəsində qadın feldşer həlak olub, sürücü isə ağır yaralanıb. Zaporojye vilayətində isə dron zərbəsi rayon xəstəxanasına ziyan vurub. Diplomatın sözlərinə görə, bir həftə ərzində Rusiya bölgələrinə 5 mindən çox müxtəlif tipli döyüş sursatı atılıb

 

TASS
Mələk Hüseynova

#Rusiya #Ukrayna
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər